"Çox istərdim ki, dövlət çevrilişində adı hallanan Ramiz Mehdiyevin əleyhinə Siyavuş Novruzov bir cümlə desin və tarix yazılsın".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Tənzilə Rüstəmxanlı səsləndirib.
“Sahibə xanım, sizə çox hörmət edirəm, amma bu məsələyə cavab verməsəm, düzgün olmaz. Siyavuş müəllim mənə saxtakar dedi. 1991-ci ilin 7 martında keçirilən referendumda Heydər Əliyev də daxil olmaqla cəmi 43 deputat onun əleyhinə səs verib. Bu da müstəqilliyimizə xidmət edən bir addım idi. Mən həmin proseslərin canlı şahidi olmuşam. O zaman tarixi ‘müstəqilliyimizə gedən yolda mübarizə aparaq’ kimi yazırdıq. Ramiz Mehdiyevin əleyhinə Siyavuş Novruzov 10 il əvvəl bircə cümlə desəydi, bu, tarixə düşərdi,” – deyə Tənzilə Rüstəmxanlı bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova isə vurğulayıb:
“Bu gün biz iclasa bayram ab-havası ilə başlamışıq. Bu cür məsələlərin yeri bu gün deyil”.
Bundan sonra Siyavuş Novruzov çıxış etmək istəsə də, Sahibə Qafarova ona söz verməyib.
Mina Mikayılova