• Bakı 12° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO

CƏMİYYƏT

16 Oktyabr 2025 | 21:39

Qətli Monteneqrodan qayıdaraq törədib - VİDEO

“Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməzdim ki, belə olar”.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 26 yaşlı Mətanət Hacızadənin atası Asif Hacızadə deyib:

“Küsülü idilər. Bir-biriləri ilə danışmırdılar. Qız 3 aydır ki, evimdə idi. Ora getmirdi. Uzaq qohumluğumuz var idi. O vaxt qaçırmışdı qızı. Əvvəllər yaxşı idi, pis deyildi. Sonra aranı qarışdırdılar. Kimsə onun başını doldururdu. Bu da deyirdi ki, guya qızım pis yola düşüb. Mənim həyatımı söndürdü”.

Xatırladaq ki, S.Hacızadə 4 ay imiş Monteneqroda işləyirmiş. O dünən Azərbaycana qayıdıb. Bu gün isə əvvəlcə həyat yoldaşını qətlə yetirdiyi haqda video paylaşıb. Bir neçə saat sonra isə onun meyiti rayonun Əyyublu kəndində ağacda asılı halda aşkarlanıb.

 

 


SON XƏBƏRLƏR

15 Noyabr 2025