Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb.
Azərbaycan Üzgüçülük Federasiyasından (AÜF) Bakıvaxtı.az-a verilən məlumata görə, bu post isveçrəli Luka Qabriloya həvalə olunub.
Mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Lafonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.
Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.