• Bakı 17° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

“Mango”nun sahibi yıxılıb ölmüşdü - Oğlu saxlanıldı

DÜNYA

17 Oktyabr 2025 | 11:56

“Mango”nun sahibi yıxılıb ölmüşdü - Oğlu saxlanıldı

İspaniyada “Mango” şirkətinin qurucusu İsak Andikin ölümü ilə bağlı istintaq ciddi məxfilik şərtlərilə yenidən başladılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “El Pais” qəzeti yayıb. 

Məlumata əsasən, biznesmenin oğlu Conatan Andik atasının ölümü ilə bağlı işə şübhəli şəxs qismində cəlb edilib. 

71 yaşlı sahibkarın gəzinti zamanı 150 metr hündürlükdən yıxılaraq ölməsi ilə bağlı iş bağlansa da, mart ayında Martorel məhkəməsi hadisənin hansı şəraitdə baş verməsini dəqiqləşdirmək üçün istintaqın bərpa edilməsinə qərar verib. Bildirilib ki, hadisə günü Andiki dağlıq ərazidə baş tutan bu səfər zamanı 44 yaşlı oğlu Conatan müşayiət edib. 

Həmçinin qeyd olunub ki, Conatana qarşı əsaslı dəlillər hələ yoxdur, polisin diqqətini isə onun ifadələrinin bir-birinə zidd olması çəkib. 

Xatırladaq ki, hadisə ötən ilin dekabrında baş verib. İ.Andik Kataloniyanın ən varlı şəxsi və İspaniyanın məşhur sahibkarlarından biri idi.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025