• Bakı 16° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

"Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq" - Mədət Quliyev

SİYASƏT

17 Oktyabr 2025 | 09:58

Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən qanunla çıxarılacaq - Mədət Quliyev

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Manset.az-a eksklüziv açıqlamasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev bildirib:

"Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hal-hazırda dünya miqyasında, Cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq".


SON XƏBƏRLƏR

16 Oktyabr 2025