Azərbaycanda yüzlərlə hakimiyyət hərisi ortaya çıxsa da, Ali Baş Komandanımızın dəmir iradəsi və qətiyyəti qarşısında onlar acizdirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, dövlət çevrilişinə cəhd edilən dövrlərdə belə, xalq Heydər Əliyevin ətrafında sıx birləşərək sabitliyin və dövlətçiliyin qorunmasına töhfə verib.
“Bu gün də həmin irsi uğurla davam etdirən, Azərbaycanı beynəlxalq aləmdə qalib və güclü dövlət kimi tanıdan Prezident İlham Əliyevə və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizə qarşı hər hansı xəyanət bağışlanmazdır. Kimliyindən asılı olmayaraq, dövlətə xəyanət edən hər kəs qanun qarşısında cavab verəcək.
Azərbaycan xalqı öz liderinə və dövlətinə inanır, onun ətrafında birləşərək gələcəyə inamla addımlayır".
Mina Mikayılova