• Bakı 12° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Japarov: Zəngəzur dəhlizi Çin–Qırğız–Özbək yolunun davamıdır

SİYASƏT

16 Noyabr 2025 | 11:12

Japarov: Zəngəzur dəhlizi Çin–Qırğız–Özbək yolunun davamıdır

Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı olacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Qırğızıstan prezidenti Sadır Japarov Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

"Strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ölkələrimizi sadəcə birləşdirməyəcək, həm də logistikanı yenidən formatlaşdıraraq, Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür", - deyə S.Japarov bildirib.

Qırğız lider həmçinin gömrük məlumatlarının mübadiləsi və vahid pəncərə prinsipi ilə icazə sənədlərinin rəsmiləşdirilməsi üçün "Rəqəmsal tranzit dəhlizi" vahid elektron platformasının işlənib hazırlanmasını təklif edib.

Onun sözlərinə görə, belə bir platformanın işə salınması nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyini artırmağa kömək edəcək.


SON XƏBƏRLƏR

15 Noyabr 2025