• Bakı 17° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Spikerdən Siyavuş Novruzova: "Sizinlə ayrıca danışacağam..."

SİYASƏT

17 Oktyabr 2025 | 11:55

Spikerdən Siyavuş Novruzova: Sizinlə ayrıca danışacağam...

"Müstəqilliyimizin Bərpası Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Başda Heydər Əliyev olmaqla, müstəqilliyimizin qəbuluna səs vermiş 43 deputatımızı dərin sayğı ilə anıram".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tənzilə Rüstəmxanlı səsləndirib.

Deputat Siyavuş Novruzov isə onun fikrinə etiraz edib:

"Tənzilə xanım 43 dedi, amma əslində 43 yox, 271 nəfər səs verib. Həmin 43 nəfər referendumun əleyhinə səs verib. Müstəqillik isə tamamilə başqa məsələdir. Tarixi saxtalaşdırmayaq".

Milli Məclisin sədri Sahibə Qafarova isə məsələyə münasibət bildirərək qeyd edib:

"Çıxışlarda belə səhvlər ola bilər. Siyavuş müəllim, sizinlə ayrıca danışacağam".

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Oktyabr 2025