Yunanıstan parlamentinin özəl sektorda 13 saatlıq iş gününə icazə verən qanun qəbul etməsi ciddi narazılıq doğurub.
Bakıvaxtı.az xəbər verir ki, parlamentdəki müzakirələrdə sağçılar hökumətin layihəsini dəstəkləsələr də, solçular kəskin etiraz ediblər. Siriza partiyası qanunu “Orta Əsrlərin iş şəraitinə qayıdış” kimi xarakterizə edib.
Qanun ikidən çox işçisi olan müəssisələrə bəzi günlərdə dəyəri ödənilməklə əməkdaşları 13 saat işlətməyə icazə verir. Hazırda ölkədə 8 saatlıq iş rejimi tətbiq edilir. İşəgötürən xüsusi hallarda əməkdaşları 11 saat işlədə bilər.