• Bakı 16° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

MN rəhbərliyi Ordunun təminatı və döyüş hazırlığını yoxlayıb

CƏMİYYƏT

17 Oktyabr 2025 | 10:21

MN rəhbərliyi Ordunun təminatı və döyüş hazırlığını yoxlayıb

Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycan Ordusunun bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, komando hərbi hissəsində və digər bölmələrdə olan nazirliyin rəhbərliyi hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülmüş işlərin keyfiyyəti və qoşun xidmətinin təşkili ilə tanış olublar.

Yerlərdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov qışa hazırlıq, bölmələrimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, silah və texnikaya mövsümi qulluq, həmçinin fasiləsiz təminat üzrə müvafiq vəzifəli şəxslərə əlavə tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla görüşüb, onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.

Görüşdə müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan, dövlət başçısının mötəbər tədbirlərdə iştirak edərkən xalqın maraq və mövqeyini qətiyyətlə müdafiə etməsi nəticəsində ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasından danışıb, həmçinin Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.

Daha sonra hərbi qulluqçular arasında ⁠nizam-intizama və təhlükəsizlik qaydalarına ciddi əməl olunması, qarşılıqlı münasibətlərin düzgün qurulması, eləcə də şəxsi heyətin sağlamlığına daha həssaslıqla yanaşmaq barədə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Z.Həsənov qoşun xidmətinin təşkili, şəxsi heyətin bütün növ təminatının diqqət mərkəzində saxlanılması, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə komandir-rəis heyəti qarşısında konkret tapşırıqlar qoyub.


SON XƏBƏRLƏR

16 Oktyabr 2025