Azərbaycanda 3 ay sonra moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Moped idarə etmək üçün A1 növündə sürücülük vəsiqəsi veriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Mina Mikayılova