• Bakı 16° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1725

“Can Holding” istintaqı genişlənir: 35 nəfər barəsində həbs qərarı

DÜNYA

17 Oktyabr 2025 | 10:36

“Can Holding” istintaqı genişlənir: 35 nəfər barəsində həbs qərarı

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində “Can Holding” və əlaqəli şirkətlərdə aparılan əməliyyatların ikinci mərhələsində 26 nəfər saxlanılıb, ümumilikdə 35 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Bakıvaxtı.az bu barədə türk mətbautına istinadla xəbər verir.

Belə ki, İttihamlar “cinayət təşkilatı yaratmaq”, “çirkli pulların yuyulması” və “xüsusi dələduzluq” maddələrini əhatə edir.

İstintaq zamanı “Can Holding” və “Ciner Group” arasında maliyyə əlaqələrinin cinayət gəlirlərinin yuyulması məqsədinə xidmət etdiyi müəyyən edilib.

Hazırda ümumilikdə 121 şirkətin əmlakına həbs qoyulub və onların idarəçiliyi Türkiyənin Əmanətlərin Sığortalanması Fonduna (TMSF) həvalə edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Oktyabr 2025