Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar oktyabrın 19-da keçiriləcək prezident seçkilərini iki dövlət siyasəti ilə federasiya modeli arasında referendum kimi qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, o, son 5 ildə iki dövlətli həll siyasətini beynəlxalq gündəmə gətirərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə bu mövqeni möhkəmləndirdiyini bildirib.
Tatar seçiciləri səsvermədə iştirak etməyə çağıraraq deyib:
“Qalibiyyət sabitlik və inkişaf üçün düzgün zəmin yaradacaq".
Prezident həmçinin Türk Dövlətləri Təşkilatında KKTC-nin müşahidəçi qismində yer almasının mühüm nailiyyət olduğunu vurğulayıb.
Onun sözlərinə görə, iki dövlətli həll siyasəti Kipr türklərinin suverenliyini və Türkiyə ilə strateji əlaqələrin qorunmasını təmin edir.
Əli Hüseynov