• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Hikmət Hacıyevdən Məşvərət Görüşü ilə bağlı PAYLAŞIM

SİYASƏT

16 Noyabr 2025 | 12:40 | Müəllif: Əli Hüseynov

Hikmət Hacıyevdən Məşvərət Görüşü ilə bağlı PAYLAŞIM

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət görüşü ilə bağlı daha bir paylaşım edib.

Bakıvaxtı.az paylaşımda yazılanları təqdim edir:

    “Mərkəzi Asiya Dövlət Başçılarının Qərarına əsasən Azərbaycan tamhüquqlu üzv qismində qəbul edildi. Qardaşlıq əlaqələrimiz və tarixi irsimiz siyasi-geosiyasi və geo-iqtisadi birliyə çevrilir. Bu andan etibarən, Mərkəzi Asiya “6” kimi çıxış edir”.

    Paylaşımda Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı haqqında sənəd də təqdim olunub:

    Azərbaycan tərəfinin müraciəti nəzərdən keçirilərək, Azərbaycan Respublikasının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qismində qəbul edilməsi qərara alınır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Sentyabr 2026