Dövlət başçısının amnistiya təşəbbüsü ilə çıxış etməsi təqdirəlayiq bir addımdır və humanistliyin parlaq simvolu kimi qiymətləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, amnistiya qərarı 20 min məhbusun ailələrinə qovuşmasına imkan yaradacaq və bu, həm sosial ədalətin təmin edilməsi, həm də cəmiyyətin birliyinin güclənməsi baxımından vacib bir addımdır.
O əlavə edib ki, belə humanist təşəbbüslər cəmiyyətin həm dəyərlərinə, həm də hüquq sisteminə inamı artırır: "Bu qərar yalnız məhbuslar üçün deyil, onların ailələri və yaxınları üçün də böyük əhəmiyyət daşıyır. Ailə bağlarının möhkəmlənməsi və sosial stabilliyin təmin edilməsi baxımından bu addım çox önəmlidir".
Deputat həmçinin vurğulayıb ki, amnistiya təşəbbüsü ölkədə humanizm və hüquq normalarına sadiqliyin nümunəsidir və digər dövlətlər üçün də örnək ola bilər.
Bakı 



