• Bakı C

    8.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Azərbaycan bu ölkələrlə də sazişlər imzalaya bilər

SİYASƏT

16 Dekabr 2025 | 11:57

Azərbaycan bu ölkələrlə də sazişlər imzalaya bilər

Azərbaycanın Pakistan və Özbəkistanla müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş sazişlərin imzalanması təklif olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu təşəbbüsü Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında irəli sürüb.

O bildirib ki, Azərbaycan və Türkiyə Müdafiə Nazirlikləri arasında imzalanan memorandum bu istiqamətdə nümunə ola bilər:

“Bu sənəd hərbi əməkdaşlığı gücləndirir, təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı yardımı təmin edir, birgə təlim və təchizat imkanlarını artırır, tərəflərin birlikdə fəaliyyət qabiliyyətini yüksəldir. Belə sənədləri Pakistan və Özbəkistanla da imzalamaq vacibdir”.


SON XƏBƏRLƏR