• Bakı 12° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Dövlət başçısı: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir

SİYASƏT

16 Noyabr 2025 | 12:01

Dövlət başçısı: Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir

Əminəm ki, Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib.

    “İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək”, - deyə dövlətimizin başçısı əlavə edib.


    SON XƏBƏRLƏR

    15 Noyabr 2025