• Bakı 13° C

    4.48 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hikmət Hacıyev

SİYASƏT

16 Noyabr 2025 | 13:19

Artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hikmət Hacıyev

Artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının "Mərkəzi Asiya + Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü çərçivəsində jurnalistlərlə söhbətində deyib.

H. Hacıyev qeyd edib ki, bundan sonra Azərbaycanın xarici siyasətinin üfüqləri genişlənir.

"Bizim fərqli geosiyasi kimliyimiz var. Azərbaycan bir tərəfdən Cənubi Qafqaz ölkəsi olmaqla bərabər, digər tərəfdən Mərkəzi Asiya ölkəsidir, Xəzər hövzəsinə mənsub ölkədir. Azərbaycan Yaxın Şərq regionunun tərkib hissəsidir, Qara dəniz hövzəsindədir. Bütün bunlar Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycan üçün yeni xarici siyasət konsepsiyası əsasında aktiv siyasətin yürüdülməsinə əsas yaradır".

H.Hacıyev vurğulayıb ki, bu səbəbdən də bu format Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlıq və müttəfiqlik əsasında olan münasibətlərin daha da dərinləşməsinə, iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin, həmçinin də nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə böyük imkanlar və fürsətlər vəd edir.

Zəngəzur dəhlizi də bu gün formalaşmaqda olan yekun qərar qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir”.


SON XƏBƏRLƏR

15 Noyabr 2025