• Bakı 19° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

İnsanların reaksiyasını yoxlamaq üçün öz yasını təşkil etdi

CƏMİYYƏT

17 Oktyabr 2025 | 15:47

İnsanların reaksiyasını yoxlamaq üçün öz yasını təşkil etdi

Hindistanda 74 yaşlı bir kişi öz dəfn mərasimini saxtalaşdıraraq insanlara olan münasibəti yoxlamaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu hadisə barədə NDTV məlumat yayıb.

Mohan Lan adlı kişi yaxınlarının və kənd sakinlərinin onun ölümünə necə reaksiya verəcəyini öyrənmək istəyib. Bunun üçün o, öz "dəfn mərasimini" təşkil edib. Kəndin yüzlərlə sakini mərasimdə iştirak edib və bütün dini rituallar yerinə yetirilib.

Krematoriyə çatanda Lan qəfildən ayağa qalxıb. Bu an mərasimdə olanlar böyük qorxu və təəccüb yaşayıblar. Sonradan krematoriya işçiləri onun adından hazırlanan simvolik kuklanı yandırıblar, Lan isə bütün iştirakçıları süfrəyə dəvət edib.

Məlumata görə, Mohan Lan kənddə tanınmış şəxsdir və hətta yeni krematoriyanı da öz hesabına tikdirib. O, dul qalıb və iki oğlu ilə bir qızını təkbaşına böyüdür.


SON XƏBƏRLƏR

18 Oktyabr 2025