Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Kremlin məlumatına görə, iclasda Putin Tramp ilə apardığı söhbət barədə Şura üzvlərinə ətraflı məlumat verib.
Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, iki liderin təxminən 2,5 saat davam edən danışıqları əsasən beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunub.
Görüşdən sonra tərəflərin əməkdaşlığın bəzi istiqamətləri üzrə razılaşma əldə etdiyi bildirilir.
Əli Hüseynov