• Bakı 16° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Livan məhkəməsi Qəddafinin oğlunun pul müqabilində azadlığa buraxılmasına qərar verib

DÜNYA

17 Oktyabr 2025 | 15:18

Livan məhkəməsi Qəddafinin oğlunun pul müqabilində azadlığa buraxılmasına qərar verib

Livan məhkəməsi Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlu Hannibal Qəddafinin həbsdən azad olunması ilə bağlı hökm verib.

Bakıvaxtı.az xəbər verir ki, anonim mənbənin “AFP”ə verdiyi məlumata görə, Qəddafi məhkəməyə 11 milyon dollar ödəmək müqabilində və ölkəni tərk etməmək şərti ilə azadlığa çıxa biləcək.

Qəddafinin vəkili onun sanksiyalar altında olduğunu və bu qədər məbləği ödəmək imkanının olmadığını bildirib.

Qeyd edək ki, Hannibal Qəddadi 2015-ci ildə Livanda həbs edilib.

O, livanlı şiə alimi Musa əl-Sədrin yoxa çıxması ilə bağlı informasiyaya malik olduğu halda onu gizlətməkdə ittiham edilirdi.


SON XƏBƏRLƏR