• Bakı 14° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi - Səbəb nədir?

CƏMİYYƏT

17 Oktyabr 2025 | 17:05

"Bakı Metropoliteni"ndə daha bir rəis vəzifəsindən getdi - Səbəb nədir?

"Bakı Metropoliteni" Qapalı Səhimdar Cəmiyyətində (QSC) daha bir departament rəisi vəzifəsindən azad olunub. 

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Nəqliyyat və Xüsusi Texnika Departamentinin rəisi Həbib Həsənov işdən çıxarılıb.

Həbib Həsənovun vəzifəsindən azad olunması barədə məlumatı "Bakı Metropoliteni" QSC-dən təqsiqləyiblər. Bildirilib ki, Həbib Hacıyev öz xahişi ilə işdən ayrılıb. O, bundan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa qərar verib.

Qeyd edək ki, bundan əvvəl QSC-nin sədri Vüsal Aslanovun əmri ilə qurumun Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026