Türkiyə Suriyaya əlavə hərbi texnika göndərməyi və Suriya sərhədində kürd silahlılarını hədəfə almağa imkan verən bir razılaşma əldə etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg“də yazı dərc olunub.
“Bloomberg“ anonim türkiyəli rəsmilərə istinadən bildirir ki, Ankara növbəti həftələrdəhökuməti dəstəkləmək məqsədilə Suriyaya zirehli maşınlar, dronlar, artilleriya, raket və havadan müdafiə sistemləri göndərəcək. Bu hərbi texnikalar İsraillə mümkün gərginliyin qarşısını almaq üçün Suriyanın cənubundan yox, şimalında yerləşdiriləcək.
Türkiyə və Suriya arasında təxminən 30 ilə yaxındır ki mövcud olan razılaşmaya əsasən, Türkiyənin sərhədə yaxın-5 kilometrliyində fəaliyyət göstərən kürd silahlılarını hədəfə almaq icazəsinin 30 kilometrə qədər artırılması planlaşdırılır.