• Bakı 16° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

"Siyasi timsahı mənə tanıtmağa ehtiyac yoxdur" - Gülər Əhmədova Ramiz Mehdiyev haqqında NƏLƏR DEDİ?

SİYASƏT

17 Oktyabr 2025 | 15:32

Siyasi timsahı mənə tanıtmağa ehtiyac yoxdur - Gülər Əhmədova Ramiz Mehdiyev haqqında NƏLƏR DEDİ?

“Ramiz Mehdiyevin əmri, tapşırığı, fitvası ilə məni, ailəmi bədbəxt edən, tifağımızı dağıdan, övladlarımın gələcəyini məhv edən, məndən yaxşılıqdan başqa heç nə görməmiş jurnalistlərə, saytlara cavab vermək mənim üçün çox böyük əzabdır. Siz məndən nə soruşacaqsınız? Nə?”

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova akademik Ramiz Mehdiyevlə əlaqələri barədə suallara cavab olaraq bildirib:

“Bu adamın əmri ilə, gecə- gündüz bilmədən sifarişlə yazdığınız şər- böhtanı təkzib etməyi? Mənim illərlə gördüyüm işləri, Respublika Uşaq Təşkilatında, "Mərkəz" qəzetində, millət vəkili kimi yorulmadan çalışmağımı bir anda unudub, məhz bu siyasi timsahın əmri ilə məndən, şərəfsiz, namussuz, qatil, oğru, dələduz yaratdığınız üçün mənim də dəyişib siyasi buqələmun olacağımı gözləyirsiniz? Səhv edirsiniz, yanılırsınız!”

Gülər Əhmədova Ramiz Mehdiyevi ilk dəfə Gənclərin ikinci forumunda tənqid etdiyini xatırladıb:

"Həmin forumda rəhmətlik Ulu öndər, cənab Prezident İlham Əliyev və 2000 nəfər forum iştirakçısı vardı. Məhz "təhlükəli" çıxış etdiyim üçün zalda ölü bir sükut hökm sürürdü. Mən çıxışımı bitirəndə 1-2 saniyədən sonra rəhmətlik Ulu öndər və o zaman gənc olan cənab Prezident əl çaldı və zalı alqış sədaları bürüdü. Daha sonra, 2001-ci ildə bizi Respublika Uşaq Təşkilatının qərargahından çıxarmaq istəyərkən, mən cənab Prezident İlham Əliyevlə görüşdüm və ona çox şeyi danışdım. Hələ dahası da var... Amma bu söhbətlərə indi ehtiyac yoxdur”.

“Əziz jurnalistlər, xanımlar və cənablar! Mənə zəng vurdurmayın. O cavan uşaqlara əziyyət verməyin. Yaddaşınızı təzələyin. Ramiz Mehdiyevin mənə və ailəmə nələr yaşatdığını sizlər çox yaxşı bilirsiniz. Sadəcə, onları yazın. Zamanında onun fitvası ilə yazdığınız şər-böhtanı yadınıza salın.

Sirus Təbrizlini, Alqış Musayevi, Musa Musayevi, məni - Gülər Əhmədovanı və daha neçə-neçə əsil Əliyevçini işsiz qoyan, siyasi karyerasını məhv edən, çərlədib öldürən, xəstə edən bu Siyasi timsahı mənə tanıtmağa da ehtiyac yoxdur.

Gedin gah iqtidar, gah müxalifət olan, onun başına pərvanə kimi dolanan, indi əlində, "p.. yemişəm" qaşığı ilə gəzənlərdən fikir soruşun.

Mən kiməm ki? Mən zindanda, məzlum olarkən, səcdədə onu Allaha həvalə etmişəm. Mənə və ailəmə çəkdirdiklərinin 1000 qatını özü və ailəsi çəkəcək, inşallah!”, - deyə Gülər Əhmədova qeyd edib.


SON XƏBƏRLƏR