• Bakı 31° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Bakıda iki sexin fəaliyyəti dayandırıldı

CƏMİYYƏT

19 Avqust 2025 | 09:44

Bakıda iki sexin fəaliyyəti dayandırıldı

Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan iki sexin fəaliyyəti dayandırılıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Marz” MMC-yə məxsus məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 103 ünvanında yerləşən “Metprof” MMC-yə məxsus qapı-pəncərə istehsalı sexlərində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.


SON XƏBƏRLƏR

18 Avqust 2025