Bosniya və Herseqovinada iki inzibati vahiddən biri olan Serbska Respublikasının Baş naziri Radovan Vişkoviç istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, Radovan Vişkoviç keçirilən mətbuat konfransında bu qərarını açıqlayıb. O, yeni hökumətə uğurlar arzulayıb.
Bununla da, Serbska Respublikasında yeni hökumətin formalaşdırılması prosesi başlayıb.
Serbska Respublikasının Prezidenti Milorad Dodik isə mətbuat konfransında sentyabrın sonunda referendumun keçiriləcəyini də bildirib.
Qeyd edək ki, Vişkoviç 2018-ci ildən Serbska Respublikasının Baş naziri idi.