• Bakı 25° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Modi ilə Putin arasında telefon danışığı olub

DÜNYA

18 Avqust 2025 | 16:41

Modi ilə Putin arasında telefon danışığı olub

Hindistanın baş naziri Narendra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində məlumat verib.

Məlumata görə, Modi və Putin Alyaskada keçirilən ABŞ -Rusiya sammitinin nəticələrini müzakirə ediblər.

Hindistanın baş nazirinin sözlərinə görə, Yeni Dehli ardıcıl olaraq Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırır  və bu istiqamətdə bütün səyləri dəstəkləyir.

"Mən fikir mübadiləmizi yaxın günlərdə davam etdirməyi səbirsizliklə gözləyirəm", - Modi yazıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR