• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Çində uçan avtomobillər toqquşdu - VİDEO

DÜNYA

17 Sentyabr 2025 | 15:10

Çində uçan avtomobillər toqquşdu - VİDEO

Çində aviaşouya məşqlər zamanı iki uçan avtomobil toqquşub.

Bakıvaxtı.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hadisə Çançun şəhərində qeydə alınıb.

Belə ki, “XPeng Motors” şirkətinə məxsus iki uçan avtomobil havada olarkən toqquşub. 

Hadisə nəticəsində avtomobillərdən biri yanıb, digəri isə yerə eniş edə bilib. 

Hazırda qəzanın səbəbləri araşdırılır. Xəsarət alanların olmadığı qeyd olunub. 

Qeyd edək ki, Çinin “XPeng Motors” şirkəti 2026-cı ildə uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026