• Bakı 26° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 600 nəfəri ötüb

DÜNYA

18 Avqust 2025 | 14:25

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 600 nəfəri ötüb

Pakistanda musson yağışları səbəbindən 650 nəfər həlak olub, 900-dən çox insan xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistan mediası ölkənin Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.

Ən çox itki Xayber-Paxtunxva əyalətində qeydə alınıb - 392 ölü və 245 yaralı.

30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Bundan başqa, təxminən 2,5 min bina zədələnib, heyvandarlıq və kənd təsərrüfatına ciddi ziyan dəyib.


SON XƏBƏRLƏR