Gürcüstanda əhali 2054-ci ilə qədər 3 630 milyon nəfərə, 2100-cü ilə qədər isə 2 978 milyona düşəcək.
Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu, BMT-nin dərc etdiyi son proqnozda yer alıb.
Hesabatın orta ssenarisinə əsasən, Gürcüstanda əhalinin ən yüksək sayı 1989-cu ildə 5,519 milyon nəfər olub. 1995-ci ildə bu rəqəm 4,982 milyona, 2024-cü ildə isə 3,808 milyona enib. Gürcüstanın əhalisi azalmaqda davam edəcək.
Dünya əhalisi isə növbəti onilliklərdə artmağa davam edəcək və 2080-ci illərin ortalarında təxminən 10,3 milyard nəfərlə pik həddə çatacaq. Lakin əsrin sonuna qədər bu göstərici qismən azalaraq 10,2 milyard nəfəri təşkil edəcək.
BMT qeyd edib ki, hazırda dünyada hər dörd nəfərdən biri artıq əhalisinin pik həddinə çatmış ölkədə yaşayır.
Gülşən Şərif