• Bakı 24° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Kreml Putinin “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirib

DÜNYA

17 Sentyabr 2025 | 14:17

Kreml Putinin “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirib

“Bu, Putinin Rusiya qoşun qruplaşmasının qərargahına hərbi geyimdə ilk səfəri deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinin Nijni-Novqorod vilayətindəki Mulino poliqonunda keçirilən “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirərkən deyib.

    Kremlin sözçüsü bunun yeni forma olmadığını, Putinin əvvəllər də həmin geyimdə olduğunu vurğulayıb.

    “Burada haqqsızsınız və diqqətsizsiniz”, - Putinin sözçüsü bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Iyun 2026