• Bakı 20° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Rusiya: İsrailin Dohaya zərbəsi bütün Yaxın Şərqin təhlükəsizliyinə təsir edəcək

DÜNYA

17 Sentyabr 2025 | 12:38

Rusiya: İsrailin Dohaya zərbəsi bütün Yaxın Şərqin təhlükəsizliyinə təsir edəcək

İsrailin Qətərin paytaxtı Dohaya zərbə endirməsi təkcə Qəzza zolağındakı vəziyyətə deyil, həm də bütün Yaxın Şərqin təhlükəsizliyinə təsir edəcək. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin insan hüquqları və humanitar məsələlər şöbəsinin rəhbəri Yevgeni Ustinov deyib.

O, açıqlamasında Rusiya tərəfinin İsrailin Qətərə hücumunu qətiyyətlə pislədiyini bildirib.

"İsrailin hücumunun həm Qəzzadakı vəziyyət, həm də daha geniş Yaxın Şərq regionunun təhlükəsizliyi üçün ən ciddi nəticələrinin olacağı aydındır. Rusiya tərəfi İsrailin sentyabrın 9-da Dohada Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin orada olan yüksək rütbəli üzvlərinin hədəfi olduğu bildirilən yaşayış kompleksinə həyata keçirdiyi hücumu qətiyyətlə pisləyir. Biz BMT baş katibinin İsrailin Qətərə hücumlarının yolverilməzliyi ilə bağlı qiymətləndirmələrini tamamilə bölüşürük. Bu, müstəqil dövlətin ərazi bütövlüyünə qəsddir", - diplomat əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

16 Sentyabr 2025