Qərbi Afrika ölkəsi olan Qanada meymunçiçəyi (M-pox) virusuna yoluxma halları artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti məlumat yayıb.
Məlumata görə, ölkədə bir həftə ərzində 37 nəfər virusa yoluxub.
Bununla da may ayından bu yana qeydə alınan yoluxmaların sayının 409-a yüksəldiyi bildirilib.
Açıqlamada virusa görə iki nəfərin xəstəxanada müalicə olunduğu qeyd edilib.
Qana hökuməti mayın 19-da bu il ilk dəfə dörd nəfərdə virusun aşkar edildiyini və ilk ölüm halının iyulun 28-də qeydə alındığını açıqlayıb.
Mina Mikayılova