İstanbulda Şimali Mərmərə magistralında avtobusun aşması nəticəsində ölənlərin sayı dördə çatıb.
Bakıvaxtı.az xəbər verir bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, 26 nəfər yaralanıb.
Xəsarət alanlardan 24-nün müalicəsi davam edir, ikisi isə evə buraxılıb.
İstintaq çərçivəsində sürücü saxlanılıb.
***
09:12
Türkiyənin İstanbul şəhərində Şimali Mərmərə Avtomagistralında avtobus aşıb.
Bakıvaxtı.az TRT “Haber”ə istinadən xəbər verir ki, nəticədə üç nəfərə həlak olub.
20 nəfərin yaralandığı bildirilib.
















