• Bakı 26° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.121

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub

GÜNDƏM

18 Avqust 2025 | 18:01

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs olunub

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan əcnəbilər barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.


SON XƏBƏRLƏR