ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Truth Social" platformasında Ukrayna ilə bağlı diqqətçəkən açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə keçiriləcək görüşdən əvvəl qələbəyə fokuslanmağın vacibliyini vurğulayıb.
"Ya qələbəyə oyna, ya da heç oynama," – deyə Tramp bildirib.
Keçmiş prezident əlavə edib ki, öz rəhbərliyi dövründə cəmi altı ay ərzində altı münaqişənin həllinə nail olub. Trampın bu açıqlaması geniş müzakirələrə səbəb olub.