• Bakı 22° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Almaniya kansleri: Daha ciddi danışıqlar üçün yol açıqdır

DÜNYA

18 Avqust 2025 | 23:58 | Müəllif: Gülşən Şərif

Almaniya kansleri: Daha ciddi danışıqlar üçün yol açıqdır

 Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı daha ciddi danışıqlar üçün "yol açıqdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Frdrix Merz Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı deyib.

Merz qeyd edib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşdükdən sonra bu yolu açıb.

"İndi mürəkkəb danışıqlar üçün yol açıqdır," - o, deyib.

Merz Avropa liderlərinin daha çox danışıqlar başlamazdan əvvəl atəşkəsin olmasını istədiklərini təkrar edib.

"Gələcək görüşün atəşkəs olmadan baş tutacağını təsəvvür edə bilmirəm," - o, bildirib. "Gəlin bunun üzərində işləyək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR