ABŞ-nin Ukraynadakı keçmiş səfiri, Brukinqs İnstitutunun baş elmi işçisi Stiven Pifer bildirib ki, Zelenski və ofisi bəzi ərazilərin itirilməsini de-fakto etiraf etməli olacaqlarını anlayır.
Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.
Onun sözlərinə görə, Kiyev yalnız möhkəm təhlükəsizlik zəmanəti aldığı halda belə bir addıma razılıq verə bilər.
"Bloomberg" yazır ki, Zelenskinin nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın bu zəmanətləri təmin etməyə hazır olduğunu hiss edib.
Xatırladaq ki, avqustun 18-də Tramp Zelenski, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Finlandiya liderləri, eləcə də Avropa Komissiyası rəhbəri və NATO baş katibini qəbul edib.
Əli Hüseynov