• Bakı 22° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

Aİ-nin 19-cu sanksiya paketi: Çinlə münasibətlərdə yeni gərginlik dalğası

DÜNYA

18 Sentyabr 2025 | 10:38

Aİ-nin 19-cu sanksiya paketi: Çinlə münasibətlərdə yeni gərginlik dalğası

Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketi hazırlayıb. Sanksiya paketi əsasən Moskvanın müharibə potensialını zəiflətməyə və üçüncü ölkələr vasitəsilə sanksiyaların dolanılmasının qarşısını almağa yönəlib.

Bu addım Aİ-nin Ukraynaya dəstək siyasətinin davamlılığını və qətiyyətini nümayiş etdirmək məqsədi daşıyır.

Çin şirkətlərinin siyahıya daxil edilməsi isə Brüssel-Pekin xəttində münasibətlərin soyumasına gətirib çıxara bilər. Çin öz şirkətlərinə qarşı sanksiyaları siyasi təzyiq kimi qəbul edərək Avropa ilə iqtisadi əməkdaşlığın müəyyən sahələrini məhdudlaşdıra bilər. Bu vəziyyət həm də qlobal ticarət balansına və investisiya mühitinə mənfi təsir göstərə bilər.

Çin mümkün cavab addımı olaraq Avropa məhsullarına rüsumlar tətbiq edə, strateji resurslara çıxışı məhdudlaşdıra və ya diplomatik qarşılıqlı münasibətlərdə sərt mövqe sərgiləyə bilər.

Beləliklə, Aİ-nin yeni sanksiya raundu yalnız Rusiya ilə deyil, həm də Çinlə münasibətlərdə daha mürəkkəb və riskli bir mərhələni gündəmə gətirir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

17 Sentyabr 2025