• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Zelenskinin geyimini yenə təriflədi - VİDEO

DÜNYA

17 Oktyabr 2025 | 23:33 | Müəllif: Subhan Mahmudov

Zelenskinin geyimini yenə təriflədi - VİDEO

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin geyimini yenə tərifləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ağ Evdə Zelenski ilə nahar zamanı olub.

Belə ki, Tramp Zelenskinin zövqlü göründüyünü bildirib.

“O bu gödəkçədə əla görünür. Çox qəşəngdir. İnsanlar bunu fərq edəcək. Bu, əslində çox əladır”.

Xatırladaq ki, Tramp bu ilin avqust ayında da Ağ Evdə baş tutan görüşdə Zelenskini tərifləmişdi.

Lakin fevral ayında Zelenskinin Trampla keçirilən görüşə rəsmi geyimdə qatılması, protokol qaydalarına uyğun geyinməməsi qalmaqala səbəb olmuşdu. 

ABŞ tərəfi amerikalı jurnalistin diliylə Zelenskiyə kostyum geyməməsini, qalstuk taxmamasını irad tutmuşdular. Tramp isterik şəkildə Zelenskini onlara hörmət etməməkdə suçlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026