ABŞ vitse-prezidenti Cey Di Vensin korteji noyabrın 14-də qəzaya düşüb.
Bakıvaxtı.az ABC News-a istinadən xəbər verir ki, qəza nəticəsində bir polis əməkdaşı ağır xəsarət alıb.
Qəza Tennessi ştatının Merivil şəhərində qeydə alınıb. Həmin gün Vensin müşayiəti zamanı kortejə daxil olan və polisə məxsus "SUV" tipli avtomobil qəzaya düşüb.
Qəza zamanı polis əməkdaşı Castin Braun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kritik olduğu və əməliyyat olunduğu bildirilir.
Bakı 



