Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndə heyətlərinin növbəti görüşü yenə Mayamidə keçiriləcək.
Bakıvaxtı.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Dik Sxof ilə birgə mətbuat konfransında bildirib.
Zelenski danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.
"ABŞ-də Ukrayna ilə danışıqlar qrupları səviyyəsində görüş olacaq. Məncə, yaxın günlərdə – ola bilsin, həftəsonu, ola bilsin, bir az sonra", – deyə Zelenski qeyd edib.
O dəqiqləşdirib ki, danışıqlarda təhlükəsizlik zəmanətləri, Ukrayna iqtisadiyyatının bərpası və çərçivə sazişinin 20 bəndi müzakirə olunacaq.
Bakı 



