ABŞ ticarət güzəştləri ilə bağlı mübahisəyə görə Böyük Britaniya ilə 41,6 milyard dollarlıq müqaviləni dayandırıb.
Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, Trampın Böyük Britaniyaya dövlət səfəri zamanı "tarixi" adlandırılan müqavilə müxtəlif texnologiya sektorlarında əməkdaşlığı nəzərdə tuturdu.
Lakin ABŞ rəqəmsal tənzimləmə və qida təhlükəsizliyi qaydaları da daxil olmaqla daha geniş ticarət maneələri ilə bağlı narahatlıqlar səbəbindən müqaviləni dayandırıb.
Britaniya poladına tariflərin aradan qaldırılması üçün təklif olunan müqavilə də qeyri-müəyyən müddətə təxirə salınıb. Britaniya rəsmisi qeyd edib ki, mövcud çıxılmaz vəziyyət Vaşinqton və Londonun ticarət müqavilələri üzrə danışıqlar apararkən fərqli strategiyalarını əks etdirir ki, bu da texnologiya tərəfdaşlığının irəliləməsini çətinləşdirir.
Bakı 



