Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə vətəndaşlarını təhlükəsizlik təhdidləri səbəbindən yaxın gələcəkdə Yaponiyaya səyahət etməməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.
Nazirlik qeyd edib ki, artıq Yaponiyada olan çinli turistlər yerli təhlükəsizlik vəziyyətini diqqətlə izləməlidirlər. Fövqəladə hallarda Çin vətəndaşlarına ölkənin Yaponiyadakı səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamaları tövsiyə olunub.
Nazirlik həmçinin Xarici İşlər Nazirliyinin noyabrın 14-də Yaponiyada Çin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməkdə davam etdiyi xəbərdarlığına istinad edib.
Bakı 



