• Bakı 22° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Mask onları maliyyələşdirəcək

DÜNYA

16 Dekabr 2025 | 19:50 | Müəllif: Subhan Mahmudov

Mask onları maliyyələşdirəcək

Amerikalı sahibkar İlon Mask Nümayəndələr Palatasına və Senata aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının seçki kampaniyalarını maliyyələşdirməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb

“Mask bu yaxınlarda respublikaçılara Konqres seçkilərində qalib gəlməyə kömək etmək üçün böyük məbləğlər ayırıb və 2026-cı il seçki dövrü ərzində əlavə dəstək verməyə hazır olduğunu söyləyib”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, İ. Maskın respublikaçılara etdiyi ianələr yanvar ayında ictimaiyyətə açıqlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026