• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Atəşkəsdən sonra Qəzzada təxminən 400 nəfər ölüb

DÜNYA

16 Dekabr 2025 | 17:59

Atəşkəsdən sonra Qəzzada təxminən 400 nəfər ölüb

"İsrail ordusunun 10 oktyabr 2025-ci il tarixindən qüvvəyə minən atəşkəsi pozması nəticəsində Qəzza zolağında təxminən 400 fələstinli həlak olub". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Qazi Həməd bildirib.

O, Qətərin "Əl-Cəzirə" televiziya kanalına verdiyi açıqlamada qeyd edib: "Atəşkəs razılaşması qüvvəyə minəndən bəri təxminən 400 nəfər həlak olub. Ölənlərin 95%-dən çoxu mülki şəxslərdir".

Həmədin sözlərinə görə, Qəzza hakimiyyəti İsrail tərəfinin əldə edilən razılaşmaları təxminən 813 pozduğunu qeydə alıb. 

Aynur Babazadə


SON XƏBƏRLƏR