• Bakı 12° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Rusiya Avropa siyasətindən yox olmayacaq - Orban

DÜNYA

16 Noyabr 2025 | 22:39

Rusiya Avropa siyasətindən yox olmayacaq - Orban

"Rusiya Avropa siyasətindən yox olmayacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "MD Meets" podkastında bildirib.

"Biz rusları tanıyırıq və bilirik ki, onlar burada qalacaqlar. Əgər kimsə onların Avropa siyasətindən yox olacağını düşünürsə, bu, axmaqlıqdır", - deyə baş nazir bəyan edib.

Orban əlavə edib ki, Budapeştin təhlükəsizliyi üç əsas mərkəz - Berlin, Moskva və Ankara arasında tarazlıqla müəyyən edilir.

"Bu, Macarıstanın təhlükəsizliyini müəyyən edən üçbucaqdır. Buna görə də, hər üç istiqamət üçün yaxşı həll yolu tapmalıyam ki, bu da macarlar üçün qələbə olacaq", - deyə o yekunlaşdırıb.


SON XƏBƏRLƏR

16 Noyabr 2025