• Bakı 12° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Britaniya miqrantlar üçün qaydaları sərtləşdirir

DÜNYA

16 Noyabr 2025 | 22:28

Britaniya miqrantlar üçün qaydaları sərtləşdirir

Böyük Britaniya hakimiyyəti qanunsuz miqrantların ölkədə daimi qalmaq hüququ əldə etməsi üçün gözləmə müddətini dörd dəfə artıraraq 20 ilə çatdırmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud BBC telekanalının efirində bildirib.

"Yeni islahat bir neçə nəsil ərzində formalaşmış təsəvvürləri dəyişəcək ki, qaçqınlara verilən sığınacaq tez bir zamanda daimi yaşayış icazəsinə gətirib çıxara bilər. Biz bunu daha uzunmüddətli müvəqqəti sistemə doğru dəyişəcəyik və hər iki ildən bir vəziyyətin qiymətləndirilməsi aparılacaq", – nazir vurğulayıb.

Mahmud əlavə edib ki, əgər qaçqının gəldiyi ölkə bu müddət ərzində geri qayıtmaq üçün təhlükəsiz hesab olunarsa, o, vətəninə göndəriləcək.

Daxili işlər naziri təklif olunan islahatın detalları ilə noyabrın 17-də çıxış etməlidir.


SON XƏBƏRLƏR

16 Noyabr 2025