• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Fizika üzrə Nobel mükafatı laureatı 103 yaşında öldü

DÜNYA

18 Oktyabr 2025 | 10:32

Fizika üzrə Nobel mükafatı laureatı 103 yaşında öldü

Dünya şöhrətli fizik, fizika üzrə Nobel mükafatı laureatı, Çin Elmlər Akademiyasının akademiki, Tsinxua Universitetinin professoru Yan Çjennin bu gün 103 yaşında Pekində xəstəlikdən vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Xatırladaq ki, Y.Çjennin müasir kalibrləmə sahələri nəzəriyyəsinin əsaslarını qoyub, həmçinin zəif qarşılıqlı təsir haqqında fərziyyə irəli sürüb. O, 1957-ci ildə Li Çjendao ilə birlikdə fizika üzrə Nobel mükafatına layiq görülüb.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025