• Bakı 18° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

ABŞ-də HƏMAS-ın İsrailə hücumunda şübhəli bilinən şəxs saxlanıldı

DÜNYA

18 Oktyabr 2025 | 09:57

ABŞ-də HƏMAS-ın İsrailə hücumunda şübhəli bilinən şəxs saxlanıldı

ABŞ Ədliyyə Nazirliyi 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən İsrailə təşkil olunan hücumla bağlı şübhəli bilinən Qəzza vətəndaşının saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Luiziana ştatında qeydə alınıb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, saxlanılan şəxs həmin gün silahlı formada İsrail sərhədini keçərək HƏMAS-a terror aktının həyata keçirilməsində yardım göstərmək məqsədilə fələstinli döyüşçüləri bir araya toplamağa cəhd edib.

Məlum olub ki, həmin şəxs 2024-cü ilin sentyabrında ABŞ-a daxil olub, lakin viza müraciəti zamanı özünün “Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhə”nin hərbi qanadına üzv olduğunu gizlədib.

Hazırda bu şəxsin barəsində terrorçuluq fəaliyyəti və ABŞ immiqrasiya qanunvericiliyinin pozulması ilə bağlı istintaq aparılır.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025